HİCAMA

“Hicama” Peyğəmbərimiz (s.ə.s) tərəfindən ən çox bəyənilən və ən çox istifadə olunan müalicə növü olmuşdur.

Hicamanın faydalarını saymaqla bitməz.Əsas nöqtələr və xəstəliklər haqqında məlumat verək.

Başdan olunan hicama :Yaddaşsızlıq, diqqət zəifliyi, təzyiq, şəkər, qulaqlarda səs-küy, depresiya, vitiliqo, xərçəng və xərçəngin profilaktikası, miqren (baş ağrısı), göz xəstəlikləri, zəif görmə, əsəbilik , panikatak, saç tökülməsi, başgicəllənmə, alzheimer üz siniri iflici və.s

Ürəyin üstü:Ürəkdöyünmə, ürəkdə ritm pozulması, psixi xəstəliklər, həyəcanlanmalara qarşı istifadə olunur.

Kürəklərin arası:Tənbəllik, yuxululuq, halsızlıq, yüksək xolesterin, stress kürək və üzdəki sızanaqlar,təzyiq, ağciyər, mədəaltı vəz, müxtəlif köpmələr, cinsizeiflik, sonsuzluq, qulunc olmalar, əllərin, qolların keyiməsi, kürəkdə iynəbatma, zamanı və s. xəstəliklərdə faydalıdır.

Onurğa fəqərələrinin üstü: Boyun, döş, bel fəqərələrinin yırtığı (3 seans), fəqərələrin osteoxondrozu (3 seans), ağciyər xəstəlikləri, təngnəfəslik, astma bronxit, qırmızı qurdeşənəyi, mədə xəstəlikləri, qaraciyər piylənməsi, böyrək xəstəlikləri, sidik saxlaya bilməmək, qaşıntı, ekzema, psoriaz, vitiligo ishal və qəbizlik üçün istifadə oluna bilər.

Bel və büzdüm nahiyəsi: Bel yırtığı, radikulit sonsuzluq, cinsi zəiflik, qadınlarda aybaşı pozulması, klimaks dövrü pozulmaları, oturaq sinir iltihabı, damar daralması, babasil və s.

Qol və ayaq nahiyəsi: revmatizm, revmatoid poliartrit, əllərdə, qollarda, ayaqlarda qıcolma və ağrılar, burxulmalar, oynaqlarda maye toplanması və ya oynaq mayesinin azalması, varikoz genişlənmələr, ayaqlarda sağalmayan trofik yaralar, şəkərxəstəliyi və s.üçün istifadə olunur.

Bütün bu halların müalicə və profilaktikasında hicama çox xeyirlidir, çünki:

  • Hicama zamanı həmin nahiyədə qan durğunluğuna səbəb olan çirklənmiş qan çəkilib atılır və yerinə yeni, oksigenlə zəngin, təmiz, duru qan gəlir, bu da həmin nahiyələrin öz-özünü bərpa etməsini gücləndirir.
  • Dərini gözəlləşdirir, çünki qan dövranı yaxşılaşır.
  • Insanın əhvalını çox yaxşılaşdırır, çünki qan toksinlərdən təmizlənir.