OZONOTERAPİYA

Ozonoterapiya termini ilk dəfə Almaniyada 100 il əvvəl işlədilməyə başlanmışdır. 20-ci əsrin əvvəllərində vərəm, anemiya, pnevmoniyanın müalicəsində istifadə edilmişdir. Əsrin əvvəllərində antibiotiklərin kəşfi ilə bu müalicə vasitəsi kənarda qalmışdır. Lakin uzun illərin təcrübəsi göstərir ki, antibakterial müalicədən sonra yaranan fəsadları aradan qaldırmaq daha çətindir. Yeni təcrübələr sübut edir ki, birbaşa kontakt nəticəsində ozon bakteriyalara, viruslara, hepatit və VİÇ virusuna öldürücü təsir edə bilir.

Son 15 ildə ozonoterapiya mütəxəssislər tərəfindən aktiv öyrənilir. ABŞ, Avropanın 1 sıra ölkələri, o cümlədən İtaliya, Almaniya, İspaniyada tətbiq edilir.

Ozon – yer üzərində həyatın qoruyucusudur.

Ozonun əsas xüsusiyyətləri nədir?

  • Metobolizmi aktivləşdirməsi;
  • Orqanizmimizdəki bütün hüceyrələri yeniləməsi;
  • Qanı təmizləməs və oksigenləşdirməsi;
  • Şəkərin zərələrini neytrallaşdırması;
  • Antiseptik xüsusiyyət;
  • iltihab əleyhinə təsir;
  • Ağrıkəsici təsir;
  • İntoksikasiya əleyhinə təsir;
  • İmmuniteti möhkəmləndirmə xüsusiyyəti və s.
  • Ozon hətta güclü virusları (herpes, hepatit virusları, xlamidiyalar və s.) və bakteriyaları məhv edir

Ozonun müsbət xüsusiyyətlərindən ən əsası da odur ki, onun təsirindən mikroblar məhv olduğu halda, insan hüceyrələri mənfi təsirə məruz qalmır, əksinə, onlar enerji qazanır. Ozon immun sistemin hüceyrələrinə təsir edərək,orqanizmin yatmış hüceyrələrini oyadır.

Əgər siz ildə 2 dəfə Ozonterapiya etdirsəniz onda həm sağlam, həm də cavan olarsınız.