Naftalan Nefti haqqında qısa məlumat
Naftalan nefti dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşımaqla fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir.
Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə (d420=0,9395 q) malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır.
Tərkibində kifayət miqdarda qətran (14% ) olması su ilə möhkəm emulsiya əmələ gətirməsi naftalan neftini başqa neftlərdən fərqləndirir. Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir.
Akademik Ə.M.Quliyev
Azərbaycan ET Aşqarlar Kimyası İnstitutunun direktoru, iki dəfə SSRİ-nin və bir dəfə Azərbaycanın dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, iki çağırış Azərbaycan Ali sovetinin deputatı mərhum akademik Ə. M. Quliyev, mərhum akademik Yusif Məmməd Əliyevin naftalan nefti haqqında söylədiyi nəzəriyyəni əsas götürərək bu ecazkar neftin kimyəvi tərkibinin hər tərəfli tədqiq olunmasını qarşısına məqsəd qoymuşdur.
Alim Ə.N.Muradov.
Alim Ə.N.Muradov 1941-ci ildə anadan olmuş. Azərbaycanlıdır, ali təhsillidir, onun elmlər namizədliyi, eləcə də doktorluq dissertasiyasının mövzusu dünya şöhrətli naftalan neftinin kimyəvi tərkibini analiz edib tərkibində olan müxtəlif karbohidrogen qruplarından hansının bioloji aktiv xassəyə və yüksək müalicə etmə qabiliyyətinə malik olduğunu müəyyənləşdirmək olmuşdur.
Ə.N.Muradov SSRİ-nin əlaçı ixtiraçısı medalı ilə təltif olunmuş, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Naftalan neftinin kimyəvi tərkibinin öyrənilməsi və otaq temperaturunda naftalan neftindən ekoloji cəhətdən saf halda müalicəvi naften yağının ayrılması üçün apardığı tədqiqat işlərinə aid41 elmi məqaləsi dərc edilmişdir.
Ə.N.Muradov 1967-1971-ci illərdə Azərbaycan Elmi Tədqiqat Aşqarlar Kimyası İnstitutunda akademik Ə. M. Quliyevin rəhbərliyi ilə naftalan neftinin kimyəvi tərkibini tədqiq etmiş, müasir fiziki-kimyəvi metodlarla naftalan neftini öz tərkib hissələrinə ayıraraq qrup-qruluş tərkibini təyin etmişdir. Aşağıda cədvəl 1-də naftalan neftinin fiziki-kimyəvi xassələri, cədvəl 2-də isə otaq temperaturunda təbii naftalan neftinin karbohidrogen və ondan ayrılmış karbohidrogen qruplarının xarakteristikası verilmişdir.
Naftalan neftinin fiziki-kimyəvi xassələri
Xüsusi çəki d420 | 500 S temp. şərti özlülük | Temperatura, S0 | Turşuluq, % | Miqdarı, % | Fraksiya tərkibi | |||||
alışma | donma | Silikagelnən ayrılmış qətran | Asfalt | Kükürd | Azot | Başlanğıc qaynama | 3500 S qaynayan fraksiya, % | |||
0,9395 | 51,48 | 125 | -20 | 1,29 | 11,4 | 0,49 | 0,31 | 0,24 | 238 | 25 |
Cədvəl 1
Naftalan neftinin karbohidrogen tərkibi və ondan ayrılmış karbohidrogen qrupunun xarakteristikası
Karborhid-rogen qrupu | Çıxımı, % | nD20 | d420 | Molekula kütləsi | Qrup-quruluş tərkibi | ||||
Molekulda həlqələrin sayı | Karbonun miqdarı, % | ||||||||
hü | ha | hn | cn | cp | |||||
Naften | 55,0 | 1,4830 | 0,8870 | 285 | 2,5 | — | 2,5 | 59,0 | 41,0 |
Aromatika: yüngül | 9,0 | 1,5152 | 0,9373 | 330 | 2,8 | 0,9 | 1,9 | 55,7 | 44,3 |
orta | 11,7 | 1,5549 | 0,9944 | 290 | 3,5 | 1,5 | 2,0 | 75,8 | 24,2 |
Ağır aromatik karbohid-rogenlər | 10,1 | 1,6125 | 1,0492 | 345 | 4,7 | 3,1 | 1,6 | 80,0 | 20,0 |
Qətran | 14,2 | — | — | — | — | — | — | — | — |
Cədvəl 2
Bizim təşəbbüsümüzlə naftalan neftindən otaq temperaturunda aldığımız müxtəlif karbohidrogen qruplarının (cədvəl 2-də göstərilmişdir) bioloji aktivliyini və müalicə edici xassəsini müəyyənləşdirmək üçün göstərilən komponentlər Azərbaycan Elmi Tədqiqat Kurortologiya və Fiziki metodla müalicə İnstitutuna, AzET Fizologiya İnstitutu, Bakı Dövlət Universitetinin Fizologiya kafedrasına, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq kafedrasına, Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya kafedrası və Naftalan şəhərində Naftalan müalicə mərkəzinə göndərildi.
Göstərilən Elmi-Tədqiqat İnstitutları və tibb müalicə mərkəzlərində naftalandan alınan karbohidrogen qruplarının bakterisid xassələri, maddələr mübadiləsinə təsiri, canlı orqanizmdə fizoloji və biokimyəvi proseslərə təsiri, qanın periferik morfologiyasına və qan dövranına, orqanların müxtəlif funksiyalarına, müxtəlif canlı orqanizmlərdə mədə və onikibarmaq bağırsaq yaralarının effektli müalicəsində və baytarlıqda inək və camışların qısırlığının qarşısının alınması, yelinlərində əmələ gələn şişlərin müalicəsində tətbiq edilmişdir. Aparılan çox saylı tibbi tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, naftalan neftindən alınan naften karbohidrogen qrupundan ibarət olan müalicəvi yağ yüksək bioloji aktiv xassəyə malik olub əsas müalicə edici qabiliyyəti olan təbii karbohidrogen qrupudur. Müalicəedici xassəyə malik naften yağ karbohidrogen qrupu toksiki xassəyə malik olmayıb, orqanizmin bütün fizoloji funksiyasına müsbət təsir göstərir. Konsorogen və teratogen xassəsi yoxdur.
Bioloji tədqiqat və həkimlərin müxtəlif xəstəlikləri müalicə etməklə müəyyənləşdirdilər ki, naftalan neftindən ayrılan naften karbohidrogen qrupu bu neftin ən aktiv bioloji komponenti olub müalicə üçün tətbiqində ilk müalicəvi təsir edən naften karbohidrogenləridir. Naften karbohidrogen qrupu orqanizmin bütün-fizoloji funksiyasına müsbət təsir etməklə toksiki xassə göstərmir.
Alim Ə.N.Muradov yuxarıda adları çəkilən Azərbaycan Elmi Tədqiqat İnstitutlarının və müxtəlif xəstəliklərin müalicəsi ilə məşğul olan tibb mərkəzlərinin müalicəvi naften yağına olan tələbatlarını ödəmək üçün 1969-1970-ci illərdə mərhum akademik Ə. M. Quliyevin rəhbərliyi ilə naftalan neftindən 25-400C temperaturda yeni səmərəli texnoloji üsulla müalicəvi naften yağının istehsalı həyata keçirildi.
Gəncə şəhərində Naftalan Sağlamlıq Mərkəzində (2006-cı ildən fəaliyyət göstərir) baş həkim Şahin Babayevin rəhbərliyi ilə dünya şöhrətli naftalan nefti ilə eləcə də naftalan neftindən otaq temperaturunda ayrılmış bioaktiv maddə olan müalicəvi naften yağı ilə müxtəlif xəstəliklər o cümlədən:
- Sümük əzələ sistemi xəstəlikləri — revmatik, artrit, poliartritlər, osteoartrit, osteoartrozlar, travmatik artritlər, spondilyoz, spondiloartroz, osteoxondroz, angiloziriyuşiy spondiloartrit, (bexterev xəstəliyi) spondilit, miozit, tendovaginit, epikondilit, sümük sınaqlarının fəsadlarının müalicəsi, yanıqların fəsadlarında, xroniki osteomielit, oynaqların kontrakturasında və dyupyuitren sindromunda, trofiki yaralarda.
- Dəri xəstəlikləri — psoriaz, heyrodermit, dəmirov, ixtioz, keratodermiya, ekzema, seboreya, allergik dermatitlər,
- Qadın cinsiyyət organlarının xəstəlikləri — xroniki salpingit, oforit (salpingo-oforit), parametrit, çanaq organlarının spaykasında, endometrit, infantilizim, uşaglığın hipoplaziyasında, uşaqlığın düzgün olmayan vəziyyətində, yumurtalıgların funksional pozğunluğunda, menstrual siklin pozulmasında, amenozeya, qadın sonsuzluğu, uşaqlıq boynunun eroziyası.
- Kişi cinsiyyət organlarının xəstəlikləri- kişi sonsuzluğu, xroniki prostatit, uretritlər, xroniki sistit.
- Mədə bağırsaq sistemi xəstəlikləri — xroniki qəbzlik, metiorizm, həzmin pozulması;
- Damar xəstəlikləri-aşağı ətraf arterial damarların aterosklrozu, oblitirasiyaedici endarterit gan dövranı pozğunluğunun I-II dərəcəsi,aşağı ətraf vena damarlarının varikoz genişlənməsi, flebiti, tromboflebiti.
Gəncə Naftalan Sağlamlıq Mərkəzində yuxarıda qeyd olunan xəstəliklərin müalicəsi Naftalan vannaları, işıq müalicəsi, Yod-bromvannaları, masaj və s. proseduraların köməyilə yüksək səviyyədə aparılır.
Ağ naftalanla müalicə — müalicəvi naften yağı ilə tromboflebitin, radikulitin, qızıl yelin, burun-qulaq və boğaz xəstəliklərinin müalicəsi, ağız boşluğunda əmələ gələn səpkilər və qızartıların müalicəsi, dişlərin dibinin iltihablaşmasında müalicə aparılır. Ən maraqlı hadisələrdən biridə Gəncə şəhərində fəaliyyət göstərən naftalan sağlamlıq mərkəzində müalicəvi naften yağı ilə zob və mədəaltı vəzilərin funksiyası pozulduqda ona qarşı effektli müalicələr aparılır.
Bu bioaktiv maddə zədələnmiş sinirin rengenerasiyasını tezləşdirir, sinir liflərinin keçiricilik xassəsini bərpa edir, hərəkət pozulmalarını aradan qaldırır, vegetativ sinir sisteminin (parasimpatik şöbə) ağrı hissiyyatı həddini və oyanma xassəsini yüksəldir, liflərin regenerasiyasına köməklik edir, bakteriostatik xassəyə malikdir.
Damarları geniləşdirməklə yaranın ətrafında qan dövranını yaxşılaşdırır. Mədə və onikibarmaq bağırsaq yaraları olan xəstələr 18-20 gün ərzində müalicəvi naften yağı qəbul etdikdə yarası tam sağalır. Müalicəvi naften yağı kimi yanıq xəstəliyini çox yüksək səviyyədə müalicə edir;
Azərbaycan Respublikasında naftalan nefti ilə müalicə aparan tibb ocaqları və sağlamlıq mərkəzləri çoxdur. Lakin bu tibb ocaqlarının çoxunda tərkibində qətran və aromatik birləşmələr olan naftalan nefti ilə aparılır. Heç bir elmə əsaslanmır. Xəstəliyin, müalicəsində naftalanın təsir edici mexanizmi izah edilmir. Bunlardan fərqli olaraq Gəncə Naftalan Sağlamlıq Mərkəzində dok. Ş.Babayevin rəhbərliyi ilə istər təbii naftalan nefti, istərsə də müalicəvi naften yağı (ağ naftalan) ilə müxtəlif xəstəlikləri müalicə edərkən hər bir xəstəyə elmi olaraq bu müalicə yağlarının təsir edici mexanizmini aydınlaşdırılır. Xəstələri başa salır ki, naftalan neftindən aldığımız ağ rəngli, qatı müalicəvi naften yağı daxilə qəbul edildikdə mədə-bağırsağın fəaliyyətini gücləndirir, maddələr mübadiləsini tam nizamlayır, böyrək, qara ciyər, ürək-damar sistemi, qan və qan-dövranı orqanlarının, mərkəzi sinir sisteminin və cinsi hormonların fəaliyyətinə müsğət təsir edir. Alim Ə.N.Muradov bunun səbəbini aşağıdakı kimi izah edirlər: Biz ən müasir fiziki-kimyəvi metodlarla (kompüterləşmiş qaz-maye xromotoqrafiya mass-spektroskopiya–maqnit-nüvə rezonansı) naftalan neftinin və ondan ayırdığımız müalicəvi naften yağının tərkibində 4-5 və daha artıq kondensləşmiş naften həlqəsindən ibarət karbohidrogenlərin olduğunu praktiki olaraq müəyyən etdik.
Akademin Ə. M, Quliyevin rəhbərliyilə Gəncə şəhərində Azərbaycan Milli EA-nın Gəncə Regional Elm Mərkəzində fəaliyyətə başladığı gündən k.e.d. prof., Əməkdar Elm xadimi F.Y.Əliyevin rəhbərliyilə naftalan neftindən otaq temperaturunda müalicəvi naften yağını istehsal edərək müxtəlif tibb mərkəzlərinə göndərilmişdir.
Müalicəvi naften yağının 4200 C temperaturaya qədər qaynayan fraksiyalarının bioloji aktivliyinə səbəb onun tərkibində kondensləşmiş üç heksametilen həlqəsindən ibarət körpüvari quruluşlu tsikloparafinlərin olmasıdır. Yüksək temperaturda qaynayan fraksiyaların fizoloji aktivliyi isə 4-5 və daha artıq kondensləşmiş naften həlqəli karbohidrogen birləşmələrin olmasıdır. Bu karbohidrogenlər optiki aktiv xassəli birləşmələrdir.
Göstərilən kabohidrogenlərin quruluşu aşağıdakı kimidir.
Geniş naften kabohidrogenlərinin 320-350, 350-4200 C temperaturunda qaynayan fraksiyalarında müəyyən edilmiş bioaktiv karbohidrogenlərin quruluşu aşağıdakı kimidir:
![]() |
|
Bitsiklo (3,2,1) oktan | Bitsiklo (2,2,2) oktan |
![]() |
|
Tetratsiklo (6,3,1,02,605,10) dodekan |
Pentatsiklo (7,3,1,14,1,2, 02,7, 06,11) tetradekan |
Geniş naften karbohidrogen qrupunun 420-500, 500-5250 C temperatu-runda qaynayan fraksiyalarında müəyyən edilmiş bioloji aktiv və optiki xassəyə malik olan birləşmələrdən birinin quruluşu.
![]() |
steran (adiantan) |
Bu maddələr insan orqanizmdəki fermentlər, hormonlar və bir çox bioloji aktiv maddələrin tərkibinə uyğundur.
Baş həkim Şahin Babayevin təcrübəsindən Naftalan neftini müalicə üçün daxilə qəbul etmək olmaz, çünki onun tərkibində 14% qətran maddəsi və 30% qədər müxtəlif aromatik birləşmələr vardır. Bu neftdən otaq temperaturunda alınan ağ rəngli müalicəvi naften yağı içmək üçün yararlıdır, daxili orqanlardakı qızartıları, çatları, yaraları sağaldır, qəbzliyi aradan götürür, maddələr mübadiləsini nizamlayır, qanın tərkibindəki eritrosit, leykosit və trombositlərin aktivliyini artırır, qanda hormon və fermentlərin qatılığını artırmaqla dissimlyasiya prosesini gücləndirir, insulin ifrazını az miqdarda artırır. Bu ecazkar müalicə yağını təbiət bütün yer üzündə yaşayan xalqlara qismət edib. Gəncə Naftalan Sağlamlıq Mərkəzinə buyurun gəlin, müalicə olunun, cənnətə oxşar təbiətimizi seyr edin və müalicə yağını aparmaq üçün bizimlə müqavilə bağlayın.
Gəncə Naftalan Sağlamlıq Mərkəzində dünya şöhrətli naftalan nefti və ondan alınmış müalicəvi naften yağı ilə kompleks müalicə olunmaq istəyənlər ilin istənilən fəslində bu sağlamlıq mərkəzinə müalicə üçün gələ bilər.