HİRUDOTERAPİYA

“Gəncə NSM” də fəaliyyət göstərən təbii müalicə üsullarından biri də “Hirudoterapiya-Zəli müalicəsi” dir.

Zəli-insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biridir.

Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtaliqkistasi və s.) zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir.

Zəlinin ağız suyunda olan fermentlər insan orqanizmi üçün çox faydalıdır.Bu canlının ağız suyunda olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır , duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır.

Hirudin, eyni zamanda, qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, maddələr mübadiləsi pozulduqda, osteoxondroz, uroloji , ağ ciyər və qara ciyər, mədə-bağırsaq, ginekoloji, revmatizm , dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir.

  • Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir.
  • Zəli terapiaysı Kosmetologiyada da geniş istifadə olunur. Zəli dərini cavanlaşdırır, parlaqlıq verir və üzdəki xırda qırışları açır.

Hirudoterapiya seansını yalnız bu işdə təcrübəsi olan həkim keçirə bilər❗️Heç bir halda ara “həkimlərinə” və s. «mütəxəssislərə» müraciət etməyin❗️Yalnız təcrübəli həkim bədəndə olan xüsusi nöqtələri tanıyır ki, zəli də bu nöqtələrdə yerləşdirilməlidir. Əks təqdirdə müalicənin effekti olmaz və ciddi fəsadlar yaranar!

Zəlinin hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə tətbiq edilməsi düzgün deyildir.

Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər.

Hər zəlidən ancaq bir dəfə istifadə edilir.