“Gəncə-Naftalan” sağlamlıq mərkəzində fəaliyyət göstərən təbii müalicə üsullarından biri də xalq arasında “ təbii duz mağarası” olaraq bilinən “QALOTERAPİYA” üsuludur.
- Son texnologiya ilə təchiz edilən duz otağında Naxçıvandan gətirilmiş təbii daş duzlardan istifadə olunmuşdur;
- Duz otağında xüsusi avadanlıqların köməyi ilə duz toz olaraq otağa buraxılır;
- Otağın nəmişlik və tempraturununun standartlara uyğun olması üçün yüksək keyfiyyətli apparatlardan istifadə olunmuşdur.
Bundan əlavə, duz otağında oturanlar üçün xüsusi Oksigenli kokteyllər hazırlanır ki, bu kokteyllər tənəfüs yollarını açır, mədə bağırsağı baktrialardan təmizləyir, insanı rahatladır, əsəbi sakitləşdirir. Siqaret çəkənlər üçün bu müalicə üsulu əvəzedilməzdir.
DUZ OTAĞININ FAYDALARI:
Qaloterapiya tənəffüs yollarında olan bütün problemlərin və xəstəliklərin müalicəsində kömək ola bilər. Tənəffüs yollarında olan xəstəliklər və problemlərdə ( soyuq dəymə, amflanza, astma, allergiya, bronxit, kistik fibroz, sinus infeksiyası, sinüzit, rinit (burun iltihabı), ot qızdırması və s) duz otağından istifadə etməklə çox yaxşı nəticələr əldə edə bilərsiniz.
DUZ OTAĞINDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ:
- Bronxial iltihabın təsiri azalar;
- Tənəffüs yollarından artıq maddələr və tozcuqlar kənarlaşar;
- Allergik reaksiya azalması üçün immunitet sistemi güclənər;
- Tənəffüs yolları təmizlənər;
- Siqaretin zərərli təsirlərini orqanizmdən dəf edər;
- Soyuqdəymə və qripin qarşısı alınar;
- Dermatit və sədəf kimi dermotoloji xəstəliklər sağalar;
- Xoruldama azalar;
- Yuxu rejiminiz normaya düşər və s.
Duz otağında oturduğunuz müddətdə rahatca istirahət edə,musiqiyə qulaq asa və ya kitab oxuya bilərsiniz. Səsdən küydən uzaq olan duz otağımızda günlük həyatın çətinlik və stresindən uzaqlaşıb, səssiz vaxt keçirməyə tam şərait hazırlamışıq.