- “Hidro-kolonoterapiya” — yoğun bağırsağın müalicəvi bitkilər və oksigen vasitəsi ilə yuyur, beləliklə bağırsaq şlaklardan və toksinlərdən təmizlənir.
- Suya oksigen əlavəsi ilə bağırsağın normal mikroflorası bərpa edilir və anaerob bakteriyalar məhv edilir.
Qeyri-düzgün qidalanma, passiv həyat tərzi, ekoloji cəhətdən ziyanlı ətraf mühit, zəhərləyici maddələr və müxtəlif xəstəliklərin müalicəsi zamanı dərman preparatlarından həddən çox istifadə etmək orqanizmlə bakteriyalar arasındakı balansı pozduğu üçün bədənin müqaviməti zəifləyir və maddələr mübadiləsi pozulur!
Oksigenin orqanizmin toxumalarına məhdud miqdarda daxil olması nəticəsində zəhərli maddələr və tullantılar lazım olan sürətlə parçalanmır və orqanizm öz –özünü zəhərləyir!
Orqanizmin zəhərlənməsi ilə bəzi fəsadlar baş verir. Məsələn, enerji itkisi,yorğunluq, stress,depressiya,aqressivlik və s.
- Yoğun bağırsağın selikli qişası zəhərli maddələri zərərsizləşdirmək üçün birinci və ən vacib müdafiə sistemidir.
- Bağırsaqlarda maddələr mübadiləsinin pozulması nəticəsində zəifləmiş immun sistemi xərçəng hüceyrələrinin əmələ gəlməsinə və yayılmasına səbəb olur.
- İmmunoqlobulinlərin böyük hissəsi bağırsaqlarda əmələ gəlir.
- Hidro – kolon terapiya — Toksiki maddələri orqanizmdən çıxarır və maddələr mübadiləsi pozulmur, Orqanizmə cavanlaşdırıcı təsir göstərir.
Xəstə bir proseduradan sonra aşağıdakı effektləri hiss edir.
- Xroniki yorğunluq sindromunun itməsi, iş qabiliyyətinin bərpas
- Hipertaniyalarda arterial təziqin azalması
- Baş ağrılarının azalması
- Yuxunun qaydaya düşməsi
- İştahanın normallaşması
- Qarının ölçülərinin kiçilməsi
- Çəkinin 2-5 kq itməsi