HƏKİM-STOMATOLOQ ƏLÖVSƏT NİYAZOV
Həkim tərəfindən müalicə edilən xəstəliklər:
- Diş əti xəstəlikləri: gingivit, parodontit, parodontoz;
- Hissəvi və tam itirilmiş dişlərin bərpası, müalicəsi və proflaktikası, müxtəlif növ protezlərin hazırlanması;
- Dişin sərt və yumşaq toxumalarının xəstəlikləri: diş tacının və kökünün sınıqları, diş tacının estetik qüsurları, karies, pulpit, apikal toxumaların lezyonu;
- Ağız boşluğunun selikli qişa xəstəlikləri: aftoz, allergik, herpetik, medikamentoz stomatitlər, kandidoz, xeylit, qırmızı yastı dəmrov və s.
İcra edilən prosedurlar:
- Diş və ağıl dişi çəkimi;
- Diş daşı təmizlənməsi;
- Diş kökünün cərrahi yolla çıxarılması;
- Kəskin və xroniki pulpitlərin müalicəsi;
- Diş kökünün sınıqlarının restavrasiyası;
- Apikal periodontitin müalicəsi;
- Diş tacının kompozit və keramika ilə bərpası;
- Diş tacının pinlə restavrasiyası;
- Dişlərin ağardılması;
- Metal, metal-keramik və tam keramik qapaqların və körpülərin hazırlanması;
- Vinirlərin hazırlanması;
- Tək və hissəvi protezlərin hazırlanması;
- Dişlərin hər növ estetik bərpası;
- Uşaq stomatologiyası: diş tacının restavrasiyası, fissurların örtülməsi, kök kanallarının müalicəsi və s.